Parisdə üç nəfərin öldürülməsindən sonra iğtişaşlar baş verib - FOTO

 23:37 23.12.2022     404

Paris polisi cümə günü kürd mədəniyyət mərkəzi yaxınlığında iğtişaşlar törədən şəxslərə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Redaktor.az İnterfaks-a istinadla xəbər verir ki, etiraz edən insanlar zibilləri yandırıblar.

Məlumata görə, beş polis əməkdaşı yaralanıb. Etirazçılar arasında həbs edilənlər olub.

Xatırladaq ki, dekabrın 23-də Fransa paytaxtında adı açıqlanmayan 69 yaşlı kişinin odlu silahdan açdığı atəş nəticəsində 3 nəfər ölüb, 3 nəfərsə yaralanıb.

Ölənlərin kürdəsilli şəxslər olduğu bildirilib.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən