Qocalar evi yandı – 20 ölü, 6 yaralı...

 09:30 24.12.2022     309

Rusiyanın Kemerovo vilayətində qocalar evi yanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib ki, ilkin bölmələr gələn zaman binanın pəncərələrindən və dam örtüyündən açıq yanma müşahidə olunub. İlkin yanğının sahəsi 180 kvadratmetr olub.

Əvvəlcə xilasedicilər altı nəfərin öldüyünü bildirsə də, bir saat ərzində bu rəqəm iki dəfədən çox artaraq 13 nəfərə, daha sonra isə 20 nəfərə çatıb. Daha altı nəfər yaralanıb. Kuzbass Fəlakət Təbabəti Mərkəzinin həkimləri iki nəfərin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirildiyini, daha dörd nəfərə yüngül yanma məhsulları ilə zəhərlənməsi diaqnozu qoyulduğunu, onlara ambulator müalicə təyin edildiyini bildiriblər.

Hadisənin səbəbinə gəlincə, ikimərtəbəli fərdi yaşayış binası yaşlılar üçün uyğunlaşdırılıb. Bina soba ilə qızdırılıb. İlkin məlumata görə, yanğına səbəb sobanın düzgün işləməməsi olub.

Vumart və Güvən reklamı Vumart Güvən