Ukrayna ordusu Rusiyaya məxsus 2 silah anbarını məhv etdi
Dekabrın 23-də Ukrayna SQ Rusiya ordusunun 18 mövqeyinə endirib.
Redaktor.az "UNİAN"a istinadla xəbərinə görə, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna aviasiyası sutka ərzində Rusiya ordusunun şəxsi heyət və texnikasının 7 toplanma nöqtəsinə zərbə endirib. Raket-artilleriya qoşunları isə şəxsi heyət və texnikanın 11 toplanma nöqtəsinə zərbə endirib. Nəticədə 2 silah anbarı və 2 idarəetmə məntəqəsi məhv edilib.












