ABŞ-da çovğun 200 milyondan çox insana təsir etdi

 15:55 24.12.2022     482

ABŞ-da qar fırtınası nəticəsində 1 milyon insanın işıqsız qaldığı bildirilib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti son dərəcə təhlükəli qar fırtınasının ölkədə 200 milyondan çox insanı, ölkə əhalisinin 60 faizini təsir altına aldığını açıqlayıb və vətəndaşları tədbir görməyə çağırıb.

Məlumata görə, sərt hava şəraiti səbəbindən 4500-dən çox reysin ləğv edildiyi və ya gecikdiyi bildirilib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən