Qızı Pelenin xəstəxanadan fotosunu paylaşdı - FOTO

 14:11 24.12.2022     384

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin qızı Keli Nasimento atasının hazırda müalicə aldığı xəstəxanadan fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, o, əfsanəvi futbolçunun durumunu açıqlamasa da, mübarizənin davam etdiyini bildirib.

"Biz hələ də buradayıq, mübarizə və imanla. Birlikdə başqa bir gecə", - Nasimento paylaşımda yazıb.

Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin səhhəti yenidən pisləşib.

2
Vumart və Güvən reklamı Vumart Güvən