Mirzoyan Lavrovun sözlərini təkzib etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasından təəccübləndiyini bildirib.
Redaktor.az xəbər verir ki, bunu Mirzoyan "Azadlıq" radiosuna müsahibəsində bildirib.
Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib ki, İrəvan Moskvadakı üçtərəfli görüşdən imtina etmək üçün diplomatik kanallardan istifadə etməyib. Onun sözlərinə görə, erməni tərəfinin istifadə etdiyi məlumatlandırma üsulu suallar yaradır.
Mirzoyan qeyd edib ki, görüşün ləğv edilməsi barədə məlumat həm Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatına, həm də Rusiyanın Ermənistandakı səfirliyinə bildirilib. Məlumatı həm Ermənistan XİN, həm də Ermənistanın Rusiyadakı səfirliyi çatdırıb.
O iddia edir ki, erməni tərəfi görüşün təxirə salınmasının səbəbini və zəruriliyini açıq şəkildə göstərib.