Bəbir 7 yaşlı qızı öldürdü
Hindistanın Qucarat ştatında nənəsi və babası ilə paltar yumaq üçün çay kənarına gedən 7 yaşlı uşaq bəbir hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, qız uşağı yerli sakinlər tərəfindən xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Bildirilib ki, bəbiri ələ keçirmək üçün ərazidə bir neçə qəfəs qurulub.












