ABŞ ordusunda yenilik - Saqqal, hicab...
Birləşmiş Ştatların Kolumbiya bölgəsinin yerli məhkəməsi orduda xidmət edənlərin saqqal və hicab saxlaya biləcəyi ilə bağlı yeni hökm çıxarıb.
Redaktor.az xəbər verir ki, qərara əsasən Dəniz Piyadaları Hərbi Birləşməsində xidmət edənlərin dini ənənələri və ritualları yerinə yetirməsinə icazə verilib.
Belə ki, "Dəniz pişikləri"ndə xidmət edən əsgərlər bundan sonra saqqal saxlaya və ya hicab taxa biləcəklər.
Saqqal və hicabın onların hərbi xidmətdəki işinə maneə yaratmayacağı qənaətinə gəlinib.
Qeyd edək ki, Birləşmiş Ştatlar məhkəməsi 3 əsgərin hicab və saqqala qarşı ordudakı münasibətə etirazından sonra belə bir qərar qəbul edib.












