Türkiyədə yeni antiterror əməliyyatı başladı

 10:03 25.12.2022     224

Türkiyənin Diyarbəkir, Muş və Batman şəhərlərində “Eren Abluka”' əməliyyatına başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, əməliyyatda 3500 hərbi personal iştirak edir.

DİN rəhbəri bölgədə terrorçular qalmayana qədər əməliyyatın davam edəcəyini diqqətə çatdırıb.