Məkkə suyun altında qaldı

 10:20 25.12.2022     405

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları güclü daşqına səbəb olub.

Redaktor.az xəbər verir ki, yağış səbəbindən Məkkə-Ciddə magistral yolu bağlanıb.

Təbiət hadisəsi nəticəsində bir çox avtomobillərə ziyan dəyib.

Suyun çəkilməsi üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin prosesə cəlb olunduğu bildirilib.

Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.

Məlumata görə, leysan yağışları Əl-Harameyn magistral yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olub (modern.az).

 

 

Vumart və Güvən reklamı Vumart Güvən