Türkiyədə ağır qəza

 11:21 25.12.2022     215

Türkiyənin Konya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

Məlumata görə, Şanlıurfadan Bursaya yol alan avtobusun sürücüsü idarəetməni itirib və yol qəzası baş verib.

Yaralıların xəstəxanalara çatdırıldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.