ABŞ-da 1500-dən çox aviareys ləğv edilib

 13:30 25.12.2022     253

ABŞ-ın böyük bir hissəsini vuran qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Gecikmiş uçuşların sayı 504-ə çatıb.

Qeyd edək ki, qar fırtınası azı 23 nəfərin həyatına son qoyub. Bundan başqa, qar fırtınası səbəbindən ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.