Çin Tayvan yaxınlığında hərbi təlimlər keçirdi
Çin Xalq Azadlıq Ordusu Tayvan adası yaxınlığında hərbi təlimlər keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Ordusunun Şərq Döyüş Komandanlığı məlumat yayıb.
Bildirilib ki, dekabrın 25-də Tayvan adasının ətrafındakı dəniz və hava məkanında müxtəlif qoşun növləri və qoşun hissələrinin birgə patrulları və praktiki hərbi təlimləri baş tutub.
Açıqlamada qeyd olunub ki, təlim ABŞ-ın Tayvan məsələsi ilə bağlı son hərəkətlərinə “güclü cavabdır”.
ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çinin öz ərazisi hesab etdiyi Tayvana səfərindən sonra ABŞ və Çin arasında münasibətlər kəskinləşib. Noyabrın 20-də Çin lideri Si Cinpin ABŞ prezidenti Co Baydenlə Balidə görüşdə deyib ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində “qırmızı xətt”dir.












