Ukrayna ordusu bu şəhəri işğalçılardan azad etdi

 09:39 26.12.2022     307

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Kremmennaya şəhərini Rusiya işğalından azad edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, lakin rəsmi mənbələr hələlik informasiyanı təsdiqləməyib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə “telegram-kanal”ında əhalini səbirli olmağa çağırıb.

Qeyd edək ki, Rusiya ordusu 2022-ci ilin aprel ayında Kremennaya şəhərini işğal etmişdi.