Ukrayna Rusiyada aerodromu PUA ilə vurdu

 09:42 26.12.2022     300

Ukraynaya məxsus pilotsuz uçan aparat Saratov vilayətində Engels aerodromunun yaxınlığında vurulub. Bu zaman üç rus əsgəri həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Dekabrın 26-da Moskva vaxtı ilə saat 01:35 radələrində Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatını Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşarkən aşağı hündürlükdə vurub. Hadisə nəticəsində aviasiya texnikasına heç bir ziyan dəyməyib",- məlumatda deyilir.

Bundan əvvəl Saratov vilayətinin qubernatoru Roman Busargin hüquq-mühafizə orqanlarının Engels şəhərindəki hərbi obyektdə fövqəladə vəziyyət barədə məlumatların yoxlanıldığını bildirib.

Onun sözlərinə görə, şəhərin yaşayış massivlərində insident baş verməyib, mülki infrastruktur obyektlərinə ziyan dəyməyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən