ABŞ-da çovğunda ölənlərin sayı artdı

 10:07 26.12.2022     366

ABŞ-da qar fırtınası və soyuq hava nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Redaktor.az “İnterfax”a istinadla xəbər verir ki, ABŞ-da qar fırtınası qurbanlarının sayı 34-41 nəfər arasındadır.

Məlumata görə, ölüm halları ABŞ-ın 12 ştatında qeydə alınıb.

ABŞ əhalisinin təxminən 60%-i soyuq hava xəbərdarlığı ilə üzləşib.

Qeyd olunur ki, fırtına Nyu-Yorkun Buffalo bölgəsində xüsusilə dağıdıcı olub.

Həmidə İbrahimova