Qərb ölkələrinin səfirləri Serbiyanın prezidentini HƏDƏLƏDİLƏR

 09:56 26.12.2022     478

Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və Fransanın səfirləri Serbiya prezidenti Aleksandr Vuçiçə ultimatum göndərərək Kosovonun şimalındakı barrikadaların 24 saat ərzində aradan qaldırılmasını tələb ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Pink telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, diplomatlar Vuçiçə məktub göndərərək, əks halda Kosovonun “baş naziri” Albin Kurtinin serblərə qarşı sərt hərəkətə görə kart-blanş alacağı barədə xəbərdarlıq ediblər.

Bundan əvvəl Serbiya KİV-i məlumat verib ki, bazar günü axşam saatlarında Kosovo polisinin xüsusi təyinatlı bölmələri Serbiyanın Kosovo və Metoxiya muxtar əyalətinin şimalında Zubin Potok kəndi yaxınlığında barrikadalarda olan serblərə hücum edib.

Hadisədən sonra prezident Vuçiç baş nazir Ana Brnabiç və ölkənin hərbi komandanlığı ilə məsləhətləşmələr aparıb.

Xatırladaq ki, Kosovo və Metohiyada gərgin vəziyyət qalmaqdadır.

Dekabrın 10-da Kosovo serbləri Priştinanın hərəkətlərinə etiraz edərək vilayətin şimalında magistral yollarda barrikadalar qurublar.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən