Türkiyədə 10 terrorçu ələ keçdi

 10:17 26.12.2022     451

Türkiyənin Van vilayətində FETÖ, Əl-Qaidə və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 10 şübhəli saxlanılıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Polisi məlumat yayıb.

Terror təşkilatlarının deşifrə edilməsi və fəaliyyətlərinə son qoyulması istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, əməliyyat nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.

Saxlanılanlardan 8 nəfəri PKK/KCK, 1 nəfəri FETÖ, 1 nəfəri isə Əl-Qaidə üzvü olub.

Hazırda saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən