Egey dənizində zəlzələ oldu

 10:14 26.12.2022     140

Egey dənizi ərazisində zəlzələ olub.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkan Rixter şkalası üzrə 3.9 balla qiymətləndirilib. Bildirilib ki, zəlzələnin ocağı yerin 29 kilometr dərinliyində yerləşib.

Təbiət hadisəsi ətraf ərazilərdə cüzi hiss edilsə də, heç bir dağıntı və itki qeydə alınmayıb.