Talibanın təhlükəsizlik şefi öldürüldü

 11:15 26.12.2022     201

Əfqanıstanın Bədəxşan əyalətində "Taliban"ın təhlükəsizlik departamentinin rəhbəri Məvləvi Əbdül Haq partlayış nəticəsində həlak olub.

Redaktor.az “İnterfax”a istinadla xəbər verir ki, partlayış Taliban təhlükəsizlik xidmətinin Feyzabad şəhərində (Bədəxşan əyalətinin inzibati mərkəzi) qərargahın girişində baş verib.

Məlumata görə, hərəkatın nümayəndəliyi hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.

Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Həmidə İbrahimova