Yaponiyada güclü qar 14 nəfərin həyatına son qoydu

Yaponiyanın müxtəlif bölgələrində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda həyatını itirənlərin sayı 14-ə yüksəlib.
Redaktor.az “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, dekabrın 17-dən yağan qar ölkənin şimal və qərb ştatlarına mənfi təsir göstərib.
Qeyd olunur ki, qar yağdıqdan sonra Hokkaydo adasının şimalında təxminən 20 min evdə elektrik enerjisi kəsilib.
Milli mətbuatda yer alan xəbərə görə, güclü yağış səbəbindən hava və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.
Həmidə İbrahimova