Rusiyanın daha 550 hərbçisi Ukraynada MƏHV EDİLDİ - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 102600 (+550) nəfər canlı qüvvəsi, 3016 (+5) tank, 6017 (+7) ədəd zirehli döyüş maşını, 1996 (+5) ədəd artileriya sistemi, 418 (+4) reaktiv yaylım atəşi sistemi, 212 (+0) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 267 (+0) helikopter, 1707 (+1) PUA, 653 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4647 (+12) avtomobil texnikası və avtosistern, 178 (+0) xüsusi texnikası məhv edilib.
Tunar Altunbay