Aktrisa çəkiliş zamanı intihar etdi - FOTO

 13:59 26.12.2022     245

Hindistanlı aktrisa Tunişa Şarma intihar edib. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa çəkilişinə hazırlaşdığı serialın qrim otağında ölü tapılıb. 

Bu barədə "İndia Today" məlumat yayıb. 

Bildirilib ki, 20 yaşlı Tunişa dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Aktrisanın serialda tərəf müqabili sevgilisi Şeehan Muhammed olub. 

Hazırda faktla bağlı cinayət işi açılıb. Aktrisanın intihar səbəbi araşdırılır (BAKU.WS)