Paşinyan arvadı və qızını Sankt-Peterburqa apardı
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.
Redaktor.az xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyanı Pulkovo hava limanında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko qarşılayıb.
Sankt-Peterburqda Paşinyan MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Ermənistan KİV-nin məlumatına görə, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı və kiçik qızını da özü ilə birgə Sankt-Peterburqa aparıb. Xatırladaq ki, Nikol Paşinyanın üç qızı, bir oğlu var.












