"MDB-yə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır" - Putindən ETİRAF

 17:24 26.12.2022     552

Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında çağırışlar, təhlükəsizlik təhdidləri və fikir ayrılıqları artır, lakin əsas odur ki, Birlik ölkələri əməkdaşlığa hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitini açarkən deyib.

"MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti ümumi Avrasiya regionumuzda təhlükəsizlik və sabitliyin qorunmasıdır. Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır", - Putin vurğulayıb. "Təəssüf ki, etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və edəcəyik", - Rusiya dövlətinin başçısı bildirib.

Putin vurğulayıb ki, MDB ölkələrinin liderləri “hər hansı problemli məsələ ortaya çıxsa belə, onları özləri, birlikdə, birgə, yoldaşlıq və vasitəçilik yardımı göstərərək həll etməyə çalışırlar”.

Rusiya dövlətinin başçısı Birlik ölkələrinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizə mövzularında qarşılıqlı fəaliyyət göstərdiyinə diqqəti cəlb edib. O qeyd edib ki, keçən il milli təhlükəsizlik və kəşfiyyat orqanları, habelə asayişin və daxili sabitliyin təmin edilməsinə cavabdeh olan digər strukturlar tərəfindən operativ əlaqələr saxlanılıb.

Turan İSMAYIL