Rusiya sərhədini keçmək istəyən ukraynalılar öldürüldü

 18:42 26.12.2022     454

Rusiya sərhəd xəttini keçmək istəyən 4 ukraynalını öldürüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.

Açıqlamada qeyd olunur ki, silah və partlayıcı maddələrlə birlikdə Ukraynadan Rusiya ərazisinə sızmağa çalışan 4 ukraynalı öldürülüb.

Onların Ukraynanın Bryansk vilayəti ərazisinə girməyə cəhd etdiyi məlum olub.

Həmin şəxslərin Almaniya istehsalı olan avtomat və sursatların olduğu 40 kiloqramlıq partlayıcı keçirməyə çalışdığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən