Türkiyə Qara dənizdə daha bir təbii qaz yatağı kəşf etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.
Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib.
Türkiyə Prezidenti ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.












