Türkiyə terrorla mübarizədə yeni mərhələyə BAŞLAYIR
Türkiyə Suriya sərhədində terrorçularla mübarizədə yeni mərhələyə başlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O qeyd edib ki, 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması və terrorçuların maddi-texniki bazasını məhv etmək üçün yeni mərhələ başladılacaq.
Eyni zamanda, Türkiyə öz ərazisində yaşayan suriyalı miqrantların vətənlərinə geri dönmə prosesini tezləşdirmək niyyətindədir.












