"Pentaqon Rusiya prezidentini ölümlə hədələyir" - Lavrov

 09:33 27.12.2022     340

“Pentaqondan bəzi “anonim rəsmilər” Kremlə “baş kəsici zərbə” endirmək təhdidlərini səsləndirirdilər ki, bu da əslində Rusiya prezidentinə sui-qəsd cəhdi təhlükəsidir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib. 

“Əgər bu cür ideyalar həqiqətən də kiminsə ağlına gəlirsə, o zaman bu adam belə planların mümkün nəticələri barədə daha yaxşı düşünməlidir”, - deyə nazir bildirib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən