Rusiyada hərbi komissarlığa hücum cəhdi - 2 nəfər öldürüldü

 13:53 27.12.2022     179

Rusiyanın Kabarda-Balkar Respublikasında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, iki yerli sakinin hərbi komissarlığa hücum etməyə hazırlaşdığı barədə məlumat əldə edilib.

Onlar barədə cinayət işi açılıb. Paytaxt Nalçik şəhəri yaxınlığında əməliyyat keçirilərək onların saxlanılmasına cəhd olunub.

Bildirilib ki, onlar müqavimət göstərib və əməliyyat çərçivəsində hər iki şəxs FTX tərəfindən cavab atəşi ilə zərərsizləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.