Ukrayna ordusu daha 620 işğalçını MƏHV ETDİ

 15:14 27.12.2022     501

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 103220 (+620) nəfər canlı qüvvəsi, 3016 (+0) tank, 6024 (+7) ədəd zirehli döyüş maşını, 1998 (+2) ədəd artileriya sistemi, 418 (+0) reaktiv yaylım atəşi sistemi, 212 (+0) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 267 (+0) helikopter, 1707 (+0) PUA, 653 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4652 (+5) avtomobil texnikası və avtosistern, 179 (+1) xüsusi texnikası məhv edilib.

Rusiya dünən ən böyük itkisini Baxmut və Liman istiqamətlərində verib.

Turan İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən