Zelenski cəbhədəki vəziyyətlə bağlı iclas keçirdi
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün, dekabrın 27-də Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.
İclasda iştirakçılar Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və əməliyyat rayonları qoşunlarının komandirlərinin cəbhədəki vəziyyətlə bağlı məruzələrini dinləyiblər. İclasda ayrı-ayrı bölmələr, o cümlədən Baxmut və Kremennaya yaxınlığındakı ərazilər üzrə vəziyyət müzakirə olunub.
İştirakçılar müdafiə qüvvələrinin zəruri silah və texnika ilə təmin olunması məsələsinə baxıblar. Onlar ayrı-ayrılıqda müdafiə qüvvələrinin növbəti il üçün fəaliyyət planının yenilənməsi üzərində dayanıblar.
Turan İSMAYIL












