Rusiyanın Qərblə uzun illər normal münasibəti olmayacaq - Alman deputat

 17:27 27.12.2022     427

"Rusiya artıq sivil dövlətlər sırasında deyil, ona görə də qarşıdakı onilliklər ərzində Qərblə normal münasibətləri olmayacaq".

Redaktor.az xəbər verir ki, bunu RND-yə müsahibəsində Almaniya Bundestaqının müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann deyib.

“Rusiya sivil dövlətlər sırasını tərk edib, Vladimir Putin isə hərbi cinayətkardır, terrorçudur, kütləvi qatildir”, - deputat bildirib.

Strak-Zimmerman vurğulayıb ki, sadə rusiyalıların əksəriyyəti Kremlin hərəkətlərini və Ukraynaya müdaxiləni dəstəkləyir. O, həmçinin qeyd edib ki, Ukrayna ərazilərində sıravi rus əsgərləri də bir çox hərbi cinayətlər törədiblər.

"Onilliklər ərzində Rusiya ilə normal münasibətlər olmayacaq. Rusiyada siyasi sistem tamamilə degenerasiya olunub və tamamilə dəyişdirilməlidir. Ona görə də gələcək nəsillər ilk vəzifə olaraq Rusiyanı dəyişərsə, yenidən danışıqlara başlamaq olacaq. ",- almaniyalı deputat bildirib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən