Putin müharibədən şikayətlənən generalı FTX-dən qovdu

 18:20 27.12.2022     507

Rusiyada Federal Təhqiqatlar Xidmətinin (FTX) elmi-texniki  rəhbəri, general-polkovnik Eduard Çernovoltsev vəzifəsindən azad edilib. İşdən çıxarılmasının mümkün səbəblərindən biri onun Ukraynaya qarşı müharibənin başlamasından narazılığıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Insider" məlumat yayıb.

Qeyd edək ki, FTX-nın Mərkəzi Məlumat Mühafizəsi, Xüsusi Təchizat Mərkəzi və Xüsusi Rabitə İdarəsi general Çernovoltsevə tabe idi.

Çernovoltsev həmçinin Rusiya müxalifətinin lideri Aleksey Navalnını zəhərləməkdə şübhəli bilinən, həmçinin bütün növ zəhərlərin hazırlandığı NII-2-yə də nəzarət edirdi.

Rəsmi versiyaya görə, Çernovoltsev pensiya yaşına çatdığına görə təqaüdə göndərilib. Baxmayaraq ki, qanunlar genertala 70 yaşına kimi həmin vəzifədə çalışmağa imkan verir. .

FTX-dakı mənbə “The Insider”ə bildirib ki, Kreml məlumat bazasının sızmasının artmasından son dərəcə narazıdır və bu, jurnalistlərə öz araşdırmalarını, o cümlədən Putinin tərəfdaşları ilə bağlı araşdırmaları dərc etməyə imkan verib.

Başqa bir FTX zabiti nəşrə bildirib ki, uzun müddət Kiyevdə yaşayan Çernovoltsev Ukrayna müharibəsindən çox narazıdır və dostlarının əhatəsində dəfələrlə hər şeyin həddi aşdığını deyib. 

Xatırladaq ki, bir müddət əvvəl Putin Ukraynadakı uğursuzluqdan sonra FTX-də “təmizləmə” apardığı barədə məlumat yayılıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən