Türkiyədə dördgünlük iş həftəsi sınaqdan keçiriləcək

Türkiyədə ilk dəfə "Aksa Akrilik" korparativ şirkəti daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacaq.
Redaktor.az Türkiyənin dunya.com saytına istinadən xəbər verir ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Şirkətin baş meneceri Cengiz Taşın sözlərinə görə, Avropanın bir çox ölkəsi bu metoddan istifadə edəndən sonra həm işçi məmnuniyyəti, həm də iş nəticələrində çox müsbət nəticələr əldə etib.
"Bu metodla 3 ay ərzində həftənin 4 günü iş sistemini sınaqdan keçirib Türkiyənin iş dünyasına nümunə olmaq istəyirik. Tətbiq etdikdən sonra nəticələri açıqlayacağıq ki, bu da 1450 işçimizdən 200 nəfərə uyğunlaşdırılacaq".
Yeni metodun 1 yanvar - 31 mart 2023-cü il tarixləri arasında həyata keçiriləcəyi barədə məlumatı paylaşan Cengiz Taş əlavə edib ki, pilot layihənin şirkətin biznes nəticələrinə keyfiyyəti artırmaqla öz töhfəsini verəcəyinə inanır.
Bu sınaq əlavə maaş almayan təxminən 200 işçiyə tətbiq ediləcək. İştirak etmək istəyənlərin qəbulu isə müraciət əsasında həyata keçiriləcək.
Həmçinin, şirkət həftənin 2 günü evdən işləməyə də davam edəcək.
Qeyd edək ki, dünyanın əksər ölkəsində 5 gün iş vaxtının azaldılması üçün müraciətlərə başlayan şirkətlərin sayı artmaqdadır. İndiyə qədər həftədə dörd gün təcrübələr Böyük Britaniya, Belçika, ABŞ, Yeni Zelandiya, İrlandiya və Kanadadakı bəzi şirkətlər tərəfindən sınaqdan keçirilir.
Tədqiqatlar göstərir ki, 4 günlük sistem təkcə məhsuldarlığı və rifahı yaxşılaşdırmır, həm də şirkətlər üçün enerji xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Tunar Altunbay