Argentinalılar Messini prezident görmək istəyir

Argentinada keçirilən sorğunun nəticələrinə görə, yetkin argentinalıların 43,7 faizi milli komandanın 35 yaşlı kapitanı Lionel Messini prezident seçməyə hazırdır.
Redaktor.az MSN-ə istinadən xəbər verir ki, sorğuda 2500 nəfər iştirak edib.
37,8 faiz Messinin namizədliyinə qarşı olduğunu bildirib. 17,5 faiz mümkün hesab edərək belə bir seçimi istisna etməyib. 1 faiz cavab verməkdə çətinlik çəkib.