ABŞ Çindən gələn ziyarətçilərə qarşı yeni tədbirlər tətbiq edəcək

ABŞ hakimiyyəti COVID-19-un yayılması ilə mübarizə məqsədilə Çindən gələn ziyarətçilərə qarşı yeni ehtiyat tədbirləri görməyə hazırlaşır.
Redaktor.az bu barədə “İnterfaks”a istinadla xəbər verir.
Məlumata görə, ABŞ rəsmiləri hökumətin Çində yoluxma hallarının kəskin artmasından narahat olduğunu və ölkənin virusun yayılması ilə bağlı verdiyi məlumatların şəffaflığı ilə bağlı suallar qaldırdığını bildirib.
Həmidə İbrahimova