Gələn il cəbhədə həlledici olmalıdır - Zelenski

 09:51 28.12.2022     298

Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin Rusiya ilə müharibədə cəbhə xəttində həlledici olacağını bildirib.

Redaktor.az-ın UNİAN-a istinadla məlumatına görə, axşam ukraynalılara müraciətində dövlət başçısı qeyd edib ki, Ali Baş Komandanın Qərargahının iclası keçirilib. Bu, bir il ərzində 44-cü dəfə baş verib.

"Mövzu aydındır. İlk növbədə, Baxmut, Kremennaya və ümumilikdə Donbasdır. Düşmənin şərq istiqamətində mümkün hərəkətləri və bizim hərəkətlərimiz", - Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, komandirlər dinlənilib və yaxın gələcək üçün addımlar barədə qərar verilib.

"Biz Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır. Biz qışda hansı risklərin olduğunu başa düşürük, yazda nə etməli olduğumuzu başa düşürük", - Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, döyüş sursatlarının tədarükü və hərbi texnikanın təmiri ayrı-ayrılıqda müzakirə olunub.

"Yeri gəlmişkən, mütəxəssislərimizə, bütün tərəfdaşlarımıza, müvafiq işdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Biz nəinki təmir edilmiş texnikanı döyüş meydanına qaytarmaq, həm də ələ keçirilən texnikanı döyüş meydanına qaytarmaq üçün belə bir sistem qura bilmişik. Bu, ilin çox mühüm nəticəsidir və qoşulan hər kəs həqiqətən də böyükdür”, - deyə dövlət başçısı əlavə edib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən