İranda öldürülən etirazçıların sayı 476-ya yüksəlib

Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb. Ən azı 100 nəfərin edam və həbs təhlükəsi ilə üzləşdiyi bildirilir.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, öldürülən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.
Məlumata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.
Həmidə İbrahimova