Belarusdan qalxan bu qırıcıya görə Ukraynada genişmiqyaslı hava həyəcanı ELAN EDİLDİ
Bu gün, dekabrın 28-də Belarusda Rusiya hərbi təyyarələrinin havaya qalxması ilə əlaqədar Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edilib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu hava xəbərdarlığı xəritəsi və "Belarus Qayun" monitorinq qrupunun məlumatları sübut edir. Belə ki, Maçulişidə A-50, Baranoviçdə isə qırıcı təyyarənin uçuşu qeydə alınıb.
Daha sonra Rusiya Aerokosmik Qüvvələrinə məxsus RF-92215 nömrəli MiQ-31K Maçulişidə havaya qalxıb.
Qeyd edək ki, MiQ-31K “Kinjal” raketlərini daşıya bilir. Ukrayna hava hücumundan müdafiə qüvvələri bu raketləri ələ keçirə bilmir, ona görə də onlar hər dəfə havaya qalxanda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilir.
Həm hərbi ekspertlər, həm də Ukrayna Silahlı Qüvvələri əmindirlər ki, Rusiya bayramlar ərəfəsində və ya onların arasında Ukraynaya zərbə endirməyi planlaşdırır. Belə ki, Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk rusların məhz bayram günlərində Ukraynaya kütləvi hücuma keçmək niyyətlərini göstərən işarələrin adını çəkib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, müharibənin bayram günləri yoxdur, ona görə də Yeni il ərəfəsində dinc şəhərlərin atəşə tutulması ehtimalı var.
Turan İSMAYIL












