Fransanın müdafiə naziri Ukraynaya dəstək üçün Kiyevə gəldi

 14:31 28.12.2022     152

Fransanın müdafiə naziri Sebastien Lekornu Ukraynaya hərbi dəstək məsələsini müzakirə etmək üçün dekabrın 28-də Kiyevə gəlib. Səfər çərçivəsində o, həmkarı Aleksey Reznikovla görüşəcək.

Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.

Məlumata görə, fransız nazir Ukrayna Müdafiə Nazirliyi və Ukrayna ordusunun Fransaya hərbi yardımla bağlı komandası ilə işgüzar görüş keçirəcək.

Daha sonra o, ukraynalı həmkarı Aleksey Reznikov ilə ikitərəfli görüş keçirəcək, ardınca mətbuat üçün brifinq keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yeni hərbi yardım paketini açıqlamışdı.

Turan İSMAYIL