Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürüldü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop məlumat verib.
O, Ərdoğanı Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyini irəli sürdüyünü bildirib.
“Bu məsələ ilə bağlı digər ölkələrdən də müraciətlər olacaq”, - deyə Şentop əlavə edib.