Kreml sözçüsü Serbiyanı dəstəklədiklərini bəyan ETDİ

 14:50 28.12.2022     321

"Serbiya suveren ölkədir. Və burada Rusiyanın hansısa dağıdıcı təsirini axtarmaq tamamilə yanlışdır. Təbii ki, Serbiya belə çətin şəraitdə yaxınlıqda yaşayan serblərin hüquqlarını qoruyur. Bu hüquqlar pozulduqda isə sərt reaksiya verir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rəsmi Priştinanın Rusiya Federasiyasının Kosovo ilə bağlı vəziyyətə “dağıdıcı təsiri” ilə bağlı bəyanatını şərh edərkən deyib.

O, bildirib ki, Rusiya Kosovo ətrafındakı vəziyyəti diqqətlə izləyir və bu məsələdə Serbiyanı dəstəkləyir.

"Bizim Serbiya ilə yaxın müttəfiqlik, çox yaxın tarixi, mənəvi və digər əlaqələrimiz var. Təbii ki, Rusiya (Kosovo ilə bağlı vəziyyətdə) baş verənləri, serblərin hüquqlarının necə təmin olunduğunu çox diqqətlə izləyir. Və təbii ki, biz Belqradı həyata keçirilən tədbirlərdə dəstəkləyirik”, - Kremlin sözçüsü bildirib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən