Rusiyada hərbi kazarmada partlayış oldu

 15:21 28.12.2022     378

Dünən, dekabrın 27-də Novoçerkassk (Rusiya Federasiyasının Rostov vilayəti) yaxınlığında hərbi kazarma yanıb.

Redaktor.az xəbər verir ki, NEXTA Live Telegram kanalının məlumatına görə, yanğın Persiyanovski kəndində 150-ci motoatıcı diviziyasının kazarmasında baş verib.

Yanğın hərbi binanın iki mərtəbəsini tamamilə məhv edib. Tələfat və yanğının səbəbi barədə məlumat verilmir.

Hadisə yerindən çəkilən kadrlarda yanğının geniş ərazini əhatə etdiyi görünür. Xilasedici yanğını lokallaşdırmaq və söndürmək üçün bir az vaxt sərf edib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən