Rusiyada bu şəxslərə pulsuz sosial xidmətlər göstəriləcək - Putin İMZALADI

 15:43 28.12.2022     343

Rusiya Prezidenti Vladimir Putin döyüş əlilləri, o cümlədən "xüsusi hərbi əməliyyat" zamanı xəsarət alanlar və Böyük Vətən Müharibəsi iştirakçıları üçün pulsuz sosial xidmətlərin göstərilməsini nəzərdə tutan qanunu imzalayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, müvafiq sənəd çərşənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.

Bu hüquq “Mühasirəyə alınmış Leninqrad sakini” döş nişanı və “Mühasirəyə alınmış Sevastopol sakini” döş nişanı ilə təltif edilmiş şəxslərə də şamil edilir. Qeyd olunur ki, bu təşəbbüs “Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyatda iştirak edən və tapşırıqların icrası zamanı aldığı xəsarət, kontuziya, zədə və ya xəstəlik nəticəsində əlil olmuş işçilərin sosial müdafiəsinin hərtərəfli təmin edilməsi” üçün vacibdir.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən