Şirkət kompüterində oyun oynayan işçinin maaşı kəsildi

 17:36 28.12.2022     440

Yaponiyanın Yokohoma şəhərində bir bələdiyyə işçisinin 9 ayda ofis kompüterində 275 saat oyun oynadığı aşkar edildikdən sonra maaşından kəsilib.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, işçinin oyun oynaması ilə bağlı faktı həmkarı ortaya çıxarıb. 

“O qədər çox klik səsləri eşitdim ki, bunun qeyri-təbii olduğunu düşündüm və onu müşahidə edəndə oyun oynadığını anladım",- deyə o bildirib. 

Araşdırmalar nəticəsində məlum olub ki, işçi 2021-ci ilin dekabr və 2022-ci ilin avqust ayları arasında gündə 30 dəqiqədən 3 saata qədər cəmi 275 saat kart  və müxtəlif krossvord oyunları oynayıb. 

“Oynamağa başladım, çünki işimə təsir etmədiyi müddətcə bir az oynamağın uyğun olacağını düşündüm”, - deyə cəza alan işçi bildirib.

Ona 5 ay müddətində maaşından 10 faiz tutulma cəzası verirlib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən