Putin hava şəraitinə görə Sankt-Peterburqdan uça bilmədi

 17:33 28.12.2022     356

Çərşənbə günü Pskov vilayətində Titan-Polymer zavodunun açılış mərasimini videobağlantı vasitəsilə açan Rusiya Prezidenti Vladimir Putin hava şəraiti ilə əlaqədar bölgəyə şəxsən səfər edə bilmədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz bugünkü xoş tədbiri şəxsən keçirməyə razılaşdıq, lakin təəssüf ki, hava şəraitinə görə Sankt-Peterburqdan uça bilməyəcəyik. Sonra artıq bizə tanış olan onlayn formada işləyəcəyik" - dövlət başçısı bildirib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən