“Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atıb
Dekabrın 28-də “Qazprom” “Power of Sibir” vasitəsilə Çinə gündəlik qaz nəqli üzrə yeni rekorda imza atacaq.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
"Biz qərara gəldik ki, 2022-ci ilin dekabrında Çinə gündəlik müqavilə öhdəliklərini artıqlaması ilə qaz tədarük edək. Maksimal artıqlıq 18,7% təşkil edib. Və bu gün Çinə gündəlik tədarük üzrə daha bir yeni rekord qeydə alınacaq", - o deyib.
Miller əlavə edib ki, bu il Uzaq Şərqdən 10 milyard kubmetr qaz tədarük etməyə imkan verən Uzaq Şərq müqaviləsi imzalanıb
"Yaxın gələcəkdə isə ildə ümumi qaz ixrac həcmimiz 48 milyard kubmetr olacaq. Və Monqolustan ərazisindən keçən ixrac tranzit qaz kəməri nəzərə alınmaqla - demək olar ki, 100 milyard kubmetrdir", - deyən Miller tranzitin layihə gücünün 50 milyard kubmetr olduğunu xatırladıb.
Turan İSMAYIL












