Generalın başına buz parçası düşdü - vəziyyəti ağırdır

Moskvanın qərbində İnitiativnaya küçəsində buz blokunun aşması nəticəsində Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktoru general-leytenant Anatoli Yelizarov xəsarət alıb.
Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, hadisədən sonra generalın vəziyyətinin ağır olduğu qeyd edilir. 50 yaşlı direktor "Dixie" mağazasının yerləşdiyi binanın yanından keçərkən onun üzərinə nəhəng buz yığını çöküb.
General-leytenant xəstəxanaya yerləşdirilib, hazırda ona həkimlər baxır. Prokurorluq dam örtüyünün buzdan keyfiyyətsiz təmizlənməsinə görə məsuliyyət daşıyanları yoxlayır və axtarır.
Turan İSMAYIL