ABŞ İran PUA-larına qarşı Ukraynaya kömək edir

 22:11 28.12.2022     174

ABŞ İranın pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin və onları Ukraynada istifadə edən Rusiyaya tədarükünün qarşısını almaq üçün müxtəlif tədbirlər görür.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Watson “The New York Times”a bildirib.

“Biz PUA-ların istehsalında istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın pilotsuz uçuş aparatları istehsalına qarşı çıxmağın yollarını axtarırıq. Eyni zamanda İranın pilotsuz uçuş aparatı texnologiyasından istifadə imkanlarını məhdudlaşdırmaq üçün atıla biləcək əlavə ixrac nəzarəti addımlarını qiymətləndiririk”, - deyə o qeyd edib.

Məlumatda bildirilib ki, ABŞ ilk növbədə Tehranı PUA-larda istifadə olunan Qərb istehsalı komponentlərdən məhrum etmək istəyir. 

Bundan əlavə, ABŞ silahlı qüvvələri Ukrayna hərbçilərinə İran PUA-larının buraxılış məntəqələrini aşkar etməkdə kömək edir. Eyni zamanda, amerikalılar Kiyev üçün pilotsuz uçuş aparatını aşkar edən yeni xəbərdarlıq texnologiyaları hazırlayırlar (modern.az) .